Arvadını kəndirlə boğub öldürdü

arvadini-kendirle-bogub-oldurdu
Oxunma sayı: 2803

Beyləqanda həyat yoldaşını kəndirlə boğub öldürən şəxs tutulub.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, iyulun 29-da Beyləqan rayonunun Sarısu kəndində yaşayan Mübariz Ağayev evində münaqişə zəminində arvadı Səidə Ağayevanı kəndirlə boğaraq öldürüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Ağayev saxlanılıb.