Arvadını öldürən kişiyə 15 il həbs verildi

arvadini-olduren-kisiye-15-il-hebs-verildi
Oxunma sayı: 1379

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının başqa kişi ilə şəkillərini görən və onu öldürməkdə təqsirləndirilən Rəfayıl Feyziyevə hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə R.Feyziyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2018-ci  il mayın 18-də Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində yaşayan 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri R.Feyziyev tərəfindən 18 dəfə bıçaqlanaraq qətlə yetirilib. Məlumata görə, R.Feyziyev həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və evlərindəki notbukdan onun yad kişi ilə fotoşəkillərini tapıb.

Murad Əhməd