Arxiyepiskop seks qalmaqalına görə istefa verdi

arxiyepiskop-seks-qalmaqalina-gore-istefa-verdi
Oxunma sayı: 2275

Roma papası Fransisk Çilinin paytaxtı Santyaqonun arxiyepiskopu Rikardo Essatinin istefasını qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Essati vətənində yetkinlik yaşına çatmayanlara qarşı işlənilən seksual cinayətləri ört-basdır etməkdə ittiham olunur. Bura, həmçinin daha əvvəl pedofillikdə təqsirli bilinərək ruhani rütbəsindən məhrum edilən nüfuzlu çilili keşiş Fernando ilə bağlı səs-küylü iş də daxildir. 

Qeyd edək ki, son istefa Çili katolik kilsəsində yaşanan seksual cinayətlərin davamıdır. Belə ki, həmin kilsənin 80-ə yaxın keşişi yetkinlik yaşına çatmayanlara qarşı seksual təcavüzdə ittiham olunublar. Oktyabrda papa Fransisk iki yepiskopun ruhani rütbəsini əlindən almış, iyunda isə üç çilili yepiskopun istefasını qəbul etmişdi.