AŞPA-da qaçqınlar problemi qaldırıldı

AŞPA-da qaçqınlar problemi qaldırıldı
Oxunma sayı: 416

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva AŞPA-nın payız sessiyasında İordaniya ilə bağlı müzakirələrdə azərbaycanlı qaçqın və məcburi köçkünlərdən danışıb və qaçqınların olduğu ölkələrə dəstəyi artırmağa çağırıb.

“Qafqazinfo” Azərtac-a istindən xəbər verir ki, Q.Paşayeva AŞPA-da İordaniya parlamenti ilə bağlı qətnamə layihəsinin müzakirəsi zamanı azad demokratlar qrupu adından çıxış edib. Bildirib ki, o, İordaniyaya səfəri çərçivəsində hökumət, qeyri-hökumət təşkilatları və mətbuat nümayəndələri ilə görüşüb danışıb. Deputat İordaniyada demokratiya və insan haqları sahəsində görülən işlərin dəstəyə layiq olduğunu vurğulayıb.

O, Suriyadakı müharibə nəticəsində qaçqın dalğasının bu ölkədən yan keçmədiyini və ona dərin təsir etdiyini qeyd edib. Türkiyədən sonra İordaniyanın ən çox suriyalı qaçqını qəbul etdiyini bildirib: “Buna görə həm Türkiyə, həm də İordaniya hökumətlərinə və iki ölkənin xalqlarına qaçqınlara göstərdikləri yardımdan dolayı təşəkkür etməliyik. Torpaqlarının 20 faizinin işğal olunması səbəbindən 1 milyon insanı qaçqın və məcburi köçkün düşmüş bir ölkənin təmsilçisi olaraq, qaçqın axınına məruz qalan ölkələrin yaşadığı problemləri də çox yaxşı bilirəm. Sayı yüz minlərlə, milyonlarla olan qaçqınların həyatı əsas məsələ olduqda qaçqın axınına məruz qalan dövlətin və hökumətin bütün proqramlarının həyata keçirilməsinə öz təsirini göstərir, həmin ölkələrin prioritetləri dəyişir, qaçqınlar və onların problemləri gündəmdə ilk yeri tutur”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi