Astara sakinindən 5 kiloqramdan artıq narkotik vasitə götürüldü

astara-sakininden-5-kiloqramdan-artiq-narkotik-vasite-goturuldu
Oxunma sayı: 1937

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Astara rayon polis şöbəsinin əməkdaşları rayonun Ərçivan qəsəbəsində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər. 

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayonun Ərçivan qəsəbə sakini Akif Kərimov saxlanılıb.

Ondan bir bükümdə 1,2 qram çəkidə psixotrop tərkibli metamfetamin, 2 ədəd siqaretə doldurulmuş qurudulmuş marixuana, 1 ədəd pnevmatik tapança və 1 ədəd tir tapançası aşkar olunaraq götürülüb.

Aparılan araşdırmalarla A. Kərimovun həmin psixatrop tərkibli maddəni Astara rayonunun Ərçivan qəsəbə sakini İbrahim Əliyevdən aldığı müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İbrahim Əliyev 4,2 qram çəkidə narkotik vasitə olan tiryəki satarkan saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq onun Ərçivan qəsəbəsindəki yaşadığı evə baxış keçirilən zaman evin zirzəmisindən 4 bükümdə 5 kiloqram 200 qram çəkidə narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

Fakt üzrə Astara RPŞ-də araşdırma aparılır.