Astarada 31 min ton tərəvəz yığılıb

astarada-31-min-ton-terevez-yigilib
Oxunma sayı: 730


“Qafqazinfo”nun məlumatına görə, rayon statistika idarəsindən AzərTAc-a bildirilib ki, indiyədək sahələrdən 31 min tona yaxın məhsul yığılıb. Bunun 3263 tonunu kələm, 6478 tonunu xiyar, 9713 tonunu pomidor, 1348 tonunu sarımsaq, 4928 tonunu soğan, 4326 tonunu sair tərəvəz təşkil edir. Sahələrdən, həmçinin 7421 ton kartof və 4416 ton bostan məhsulları yığılıb.

Tərəvəzçiliklə məşğul olan fermerlər və digər torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulları əsasən yerli bazarlarda və Bakı şəhərində təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında təklif edirlər.

Məhsul istehsalçıları ötən əsrin 70-80-ci illərində rayonda tərəvəzçilik sahəsində qazanılmış uğurları təkrarlamaq üçün real imkanların olduğunu bildirirlər.

Bu il rayonda 45 min tondan çox tərəvəz məhsullarının istehsalı nəzərdə tutulub.