“ATƏT dialoqun baş tutması üçün tərəf kimi iştirak etmir”- Münasibət

atet-dialoqun-bas-tutmasi-ucun-teref-kimi-istirak-etmir-munasibet
Oxunma sayı: 635

Azərbaycanda iqtidar-müxalifət dialoqunun başlanması üçün tərəflərdən hər hansı müraciət yoxdur. Bunu cümə axşamı Trend-ə açıqlamasında ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay deyib.

Tarqay bildirib ki, tərəflərin istəyi olarsa, ATƏT bunun baş tutması üçün imkanlarını səfərbər edər.

ATƏT-in Bakı ofisinin rəhbəri hesab edir ki, dialoqun baş tutması üçün tərəflərin istəyi olmalıdır. Çünki ATƏT dialoqun baş tutması üçün tərəf kimi iştirak etmir. Sadəcə, tərəfləri bir masa arxasında toplamağa, münasibətləri qurmağa zəmin yaradır.

Martın 7-8-də ATƏT-in Bakı ofisi iqtidar və müxalifət partiyalarının dialoqunun keçirilməsini planlaşdırmışdı. Lakin tərəflərin razılığa gələ bilməməsi səbəbindən dialoq baş tutmadı.