ATİB Xocalı faciəsilə bağlı Azərbaycan və Türkiyə ictimaiyyətinə müraciət etdi

atib-xocali-faciesile-bagli-azerbaycan-ve-turkiye-ictimaiyyetine-muraciet-etdi
Oxunma sayı: 634

Azərbaycan və Türkiyə ictimaiyyətinə müraciət ünvanlayıb. ATİB-dən “Qafqazinfo”ya daxil olan müraciətdə deyilir ki, 26 fevral 2012-ci ildə Azərbaycan xalqının və bütün bəşəriyyətin XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən olan Xocalı soyqırımının 20-ci ildönümüdür: “Bu münasibətlə, dünyanın bir çox şəhərlərində, o cümlədən İstanbulda Xocalı soyqırımını anım mərasimləri təşkil ediləcək. ATİB olaraq, Xar¬icdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF - http://asaif.org/site/) tərəfindən 26 fevral 2012-ci ildə İstanbulda təşkil ediləcək Xocalı soyqırımını anım yürüşünə dəstək verdiyimizi diqqətinizə çatdırırıq. Anım yürüşü Qalatasaray litseyinin (İstiklal küçəsində yerləşir) önündə saat 14.00-da başlamaqla daha sonra Taksim meydanına doğru hərəkət edəcək”.

ATİB ilk növbədə Azərbaycan və Türkiyənin iş adamlarını, həmçinin, hər iki qardaş ölkənin ictimaiyyətinin müxtəlif təbəqələrinin təmsilçilərini İstanbulda keçiriləcək Xocalı soyqırımını anım yürüşündə aktiv surətdə iştirak etməyə dəvət edir.

ATİB əmindir ki, hər zaman ədalətsizliyə qarşı özünün həssaslığını nümayiş etdirən Türkiyə ictimaiyyəti Xocalı soyqırımını anım yürüşündə ən geniş çəkildə iştirak edəcək.
ATİB Türkiyə mediası, xüsusilə onun öndə gələn televiziya kanalları və qəzetlərini, xüsusilə aparıcı media təmsilçilərini və köşə yazarlarını bu tədbirə biganə qalmamağa çağırır, onları iki qardaş ölkənin hər zaman bir yerdə olduğunu sübut edəcək bu tədbirə yaxından dəstək verməyə çağırır.

Nigar Məmmədli