Avarçəkən və yeganə üzgüçümüz də məğlub oldu

avarceken-ve-yegane-uzgucumuz-de-meglub-oldu
Oxunma sayı: 634

“Qafqazinfo”nun verdiyi məlumata görə, 1 nəfərlik qayıqda çıxış edən idmançımız finala vəsiqə qazana bilməyib.

O, iştirakçısı olduğu qrupda 6 nəfər arasında sonuncu olub. Finala isə ilk 3 yeri tutanlar vəsiqə qazanıb. Mükafat qazanmaq şansını itirən avarçəkənimiz 7-12-ci yerlər uğrunda mübarizə aparacaq.

Bu gün həmçinin kişilər arasında üzgüçülük yarışlarında yeganə təmsilçimiz olan Yevgeni Lazuka da mübarizəyə qoşulub. 100 metr məsafəyə üzən idmançımız 43 nəfər arasında 38-ci olub.

Ceyhun Əhmədov