Avqustda 1,5 milyard…

avqustda-15-milyard-
Oxunma sayı: 654

Bu barədə “Qafqazinfo”ya “Azərenerji” ASC-nin Mətbuat xidmətindən Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsinə istinadən məlumat verilib.
Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,3 milyard kilovatsaatdan artıq, su elektrik stansiyalarının (SES) payına isə 0,2 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsalı düşür.

Bununla yanaşı, ay ərzində - Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstan qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Həmin mənbədən bildirildiyinə görə, 2011-ci ilin 8 ayı ərzində isə enerjisistemdə 13,2 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib ki, bu həcmdən də 11,1 milyard kilovatsaatdan çoxu İES-lərin, 2,1 milyard kilovatsaata yaxını isə SES-lərin payına düşür.

Nigar Məmmədli