Avropa çempionatında ilk finalçı məlum oldu

avropa-cempionatinda-ilk-finalci-melum-oldu
Oxunma sayı: 1672

Futzal üzrə Avropa çempionatında yarımfinal oyunlarına start verilib.

“Qafqazinfo” xəbər verir ki, mərhələnin ilk matçında Portuqaliya və Rusiya komandaları qarşılaşıb.

Portuqaliya futzalçıları matçın başında hesabda geriyə düşsə də, sonda 3-2 qalib gəlməyi bacarıb və finala vəsiqə qazanıb.

Yarımfinalın digər matçında Qazaxıstan İspaniya ilə üz-üzə gələcək.