Avropa Çempionatında Rusiya yığmasından 6 xal silinəcək

avropa-cempionatinda-rusiya-yigmasindan-6-xal-silinecek
Oxunma sayı: 641

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, buna Avro 2012-nin Çexiya – Rusiya oyunundan sonra baş verən hadisələr səbəb olub.

Belə ki, rus fanatların stadion işçilərinə hücum çəkməsi və oyun zamanı partlayıcı maddələrdən istifadə etməsi Rusiya Futbol Federasiyasını 120 min avro məbləğində ziyana salıb. Bundan başqa, Avro 2016-nın seçmə mərhələsində Rusiya yığmasının hesabından 6 xal silinməsinə qərar verilib. Cəza şərti xarakter daşıyır və onun tətbiqi Avro 2016-nın pley-off matçlarına qədər təxirə salınıb.

Rusiya yığması bu qərara görə UEFA-ya 3 gün ərzində apelyasiya ərizəsi göndərə bilər.


Ceyhun Əhmədov