Avropa İttifaqı BMT-dən islahat tələb edir

avropa-ittifaqi-bmt-den-islahat-teleb-edir
Oxunma sayı: 644

Avropa İttifaqı Şurası sədri Donald Tusk BMT-nin son illər nüfuzunu itirməsiylə bağlı BMT-də islahat aparılması fikirlərini minimum zərurət kimi dəyərləndirib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, D.Tusk bu barədə BMT Baş Assampleyasındakı çıxışında danışıb:

“BMT münaqişə, qıtlıq, zorla yerindən didərgin salınma, terror və nüvə gərginliyi ilə bağlı problemləri müzakirə etmək üçün ən yaxşı vasitədir, ancaq strukturunda bəzi dəyişikliklər edilməsi vacibdir. BMT daha fəal, bütün addımlarında daha aydın və məqsədli hərəkət edə biləcək bir təşkilat olmalıdır”.