Avropa Parlamentində Azərbaycandakı vəziyyət müzakirə edildi

avropa-parlamentinde-azerbaycandaki-veziyyet-muzakire-edildi
Oxunma sayı: 636

DQİDK-nın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə qonaq qismində Avropa Parlamentinin deputatları iştirak ediblər. Toplantıda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli Azərbaycanda dini tolerantlığın tarixi kökləri və müasir vəziyyəti, dövlət-din münasibətləri barədə iştirakçılara məlumat verib: “Azərbaycanın dünyaya örnək ola biləcək unikal tolerantlıq modelinin əsasında Azərbaycan xalqının dərin mədəniyyətə əsaslanan milli xüsusiyyətləri ilə yanaşı Azərbaycan dövlətinin bu istiqamətdə məqsədyönlü şəkildə apardığı tolerantlığı və qarşılıqlı hörməti təşviq edən siyasəti də dayanır”.

Azərbaycanın bu sahədə gördüyü işlər Avropa Parlamentinin deputatları tərəfindən maraqla qarşılanıb.