Avropadakı soydaşlarımızdan yeni layihə

avropadaki-soydaslarimizdan-yeni-layihe
Oxunma sayı: 750

“Qafqazinfo” xəbər verir ki, lahiyə çərçivəsində həftəsonları uşaqlara Azərbaycan dili, ədəbiyyatı, tarix, coğrafiya və mədəni irsimizlə bağlı kurslar keçirilməsi nəzərdə tutulur. Dili bildikləri halda Azərbaycan dilindəki kitablara, internet səhifələrinə uzaq qalan güneyli soydaşlarımız üçünsə əlifba kursları təşkil olunacaq. Eyni zamanda həftə arası günlərdə isə uşaqlar üçün müxtəlif musiqi alətləri kursları planlaşdırılıb. Layihə təşkilatçılarının əsas işlərimizdən biri Azərbaycanla bağlı sanballı əsərlərin - Qarabağ problemi, Xocalı soyqırımı, 20 Yanvar faciəsi, həmçinin erməni yalanları, rus talanları, Azərbaycanın mədəniyyəti, tarixi, coğrafiyası və s. barədə olan əsərlər, kitabların alman dilinə tərcüməsi, onların kitab şəklində çapı və həmin kitabların Almaniyada yayılmasını təşkil etməkdir.

Qeyd edək ki, Belçika Azərbaycanlıları Cəmiyyəti 2012-ci ilin oktyabr ayının 22-də Brüsseldə təsis olunub.