Avroparlament işğal olunmuş ərazilərlə bağlı qətnamə qəbul etdi

avroparlament-isgal-olunmus-erazilerle-bagli-qetname-qebul-etdi
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumatına görə, qətnamədə Abxaziya və Cənubi Asetiyanın işğal olunmuş ərazi kimi elan olunması qeyd edilib. Sənəddə həmçinin Moskvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi və hərbi kontingentini gürcü ərazilərindən çıxarması ilə bağlı çağırış da yer alıb.
Gürcüstanın AB-dəki daimi nümayəndəsi Salome Samadaşvili qeyd edib ki, belə bir bəyanatı indiyə qədər heç bir beynəlxalq təşkilat qəbul etməmişdi. Samadaşvili bunu AB-nin Gürcüstana olan böyük dəstəyinin göstəricisi hesab edib.
Bundan başqa, qətnamədə vurğulanır ki, 2008-ci ildən Gürcüstanda olan Avropa müşahidəçiləri monitorinq üçün Abxaziya və Asetiyaya buraxılmalıdırlar.
Xatırladaq ki, bu yaxınlarda prezident Saakaşvili bəyan etmişdi ki, AP-i tərəfindən “işğal” terminini özündə əks etdirən qətnamənin qəbulu Gürcüstan dövləti və xalqı üçün tarixi məqam olacaqdır.


Səidə