“Avroviziya-2018”in açılışı olub - Video

avroviziya-2018in-acilisi-olub
Oxunma sayı: 4357

Portuqaliyanın paytaxtı Lissabonda "Avroviziya-2018" mahnı müsabiqəsinin açılışı olub.

"Qafqazinfo" xəbər verir ki, təntənəli açılış mərasimi incəsənət, memarlıq və texnologiya Muzeyində baş tutub.

Qeyd edək ki, Portuqaliya "Avroviziya-2018" mahnı müsabiqəsinə ev sahibliyi etmək hüququnu Kiyevdə keçirilən "Avroviziya-2017"də qalib gələrək əldə edib.

Müsabiqədə 43 ölkə iştirak edir. İlk yarımfinal mayın 8-i, ikinci yarımfinal mayın 10-u, final isə mayın 12-si baş tutacaq.