Avtobus Dilarənin maşınına çırpıldı - Yaralanan var

avtobus-dilarenin-masinina-cirpildi
Oxunma sayı: 5272

Müğənni Dilarə Kazımova avtomobil qəzası keçirib. “Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün baş verib. 

Sərnişin daşıyan avtobus  idarəetməni itirərək yol kənarında saxlanılan Dilarə Kazımovaya məxsus “Audi” markalı avtomobilə çırpılıb.

İfaçının köməkçisi başından zədə alaraq xəstəxanaya aparılıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.