Avtobus yük maşını ilə toqquşdu - Ölənlər var

avtobus-yuk-masini-ile-toqqusdu
Oxunma sayı: 2114

Rusiyanın Voronej vilayətində ağır yol qəza hadisəsi baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, M-4 magistralının 625-ci kilometrində sərnişin avtobusu ilə yük maşını toqquşub. Hadisə nəticəsində 4 nəfər həlak olub. Qəza zamanı avtobusda 20 nəfər olub.

Faktla bağlı araşdırma aparılır.