Avtomobil kanala düşdü

avtomobil-kanala-dusdu
Oxunma sayı: 645

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonu, Alekseyevka kəndi ərazisində “VAZ” markalı minik avtomobili Xanarxı kanalına düşüb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Dövlət Sularda Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin xilasediciləri hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə xüsusi texnika vasitəsi ilə avtomobili sudan çıxarılıb. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.