Avtovağzalda bıçaqlanma baş verib

avtovagzalda-bicaqlanma-bas-verib
Oxunma sayı: 1111


İyulun 14-ü saat 00.30 radələrində Bakı Beynalxalq Avtovağzal Kompleksində Zaqatala rayon sakini Səlim Səfərov mübahisə zəminində Bakı şəhər sakini İlahi Kamilova bıçaq xəsarəti yetirdiyinə görə Binəqədi RPİ PPXB və 40-cı PB-nin əməkdaşları tərəfindən tutulub. 

İyulun 14-ü saat 07 radələrində Mərdəkan çimərliyində Bakı şəhər sakinləri - Xəqani Əliyev və Eldar Rəhimov Sabirabad rayon sakini Zaur Kaxidzeyə məxsus 2 ədəd mobil telefon, açarlar, geyim əşyaları və Bakı şəhər sakini Ceyhunə Məmmədovaya məxsus mobil telefonu oğurladıqları üçün Xəzər RPİ 1-ci PB və PPXB-nin əməkdaşları tərəfindən saxlanılıblar. 

İyulun 14-ü saat 08.30 radələrində Lökbatan qəsəbəsində Gəncə şəhər sakini Emil Bədəlovun idarə etdiyi «Shagman» markalı və Abşeron rayon sakini Fariz Ələkbərovun idarə etdiyi «Daewoo» markalı avtomaşınlar toqquşub nəticədə F.Ələkbərov, sərnişinləri - Yaqub Mustafayev, Nailə Mustafayeva xəstəxanada yardım alıb evə buraxılıb, digər sərnişin Nafilə Balakişiyeva isə hadisə yerində ölüb. 

İyulun 15-i saat 01:50 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakini Əmir Mirzəyev idarə etdiyi «Daewoo» markalı avtobus ilə Şaban Yunisovu vurub, sonuncu xəstəxanaya daxil olub və orada ölüb.