“Aygünə böyük hörmətim var” - Röya

aygune-boyuk-hormetim-var
Oxunma sayı: 655

Xalq artisti Aygün Kazımova ilə əməkdar artist Röya Ayxan arasında buzlar əriməyə başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, hər iki müğənni bir-birilərinə efir vasitəsiylə söz göndərməyə başlayıblar. 

A.Kazımova bir neçə həftə bundan əvvəl “DAF Bama” mükafat siyahısında Röyanın olduğunu, buna çox sevindiyini bildirib:

“Mən siyahıda Röya və Miri Yusifin adını gördüm. Səhifədə hər ikisinin fotosunu bəyəndim”.

Aygünün bu jestinə Röya Ayxandan cavab gəlib. Sənətçi “Xəzər maqazin”ə açıqlamasında xalq artistinə böyük hörmətinin olduğunu söyləyib:

“Çox böyük hörmətim var. Təşəkkür edirəm. Barmaqları sağ olun”.