Azad İstehlakçılar Birliyi əhaliyə müraciət etdi

azad-istehlakcilar-birliyi-ehaliye-muraciet-etdi-
Oxunma sayı: 821

“Marja” nın məlumatına görə, bu sözləri bazar ertəsi keçirdiyi mətbuat konfransında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Hüseynovun sözlərinə görə, hətta ən nüfuzlu supermarketlərdə satışı qadağan olunmuş duzlar vardır.

“Qiymətləri ağılasığmaz dərəcədə bahadır. Xaricdən idxal olunmuş duzun kiloqramı 10 manata qədər çıxır. Cürbəcür bəzəkli qablaşdırmalarla, duza ədviyyatalar qatılaraq istehlakçılar aldadılır. Bunlar əsasən “Sea Solt”, “Kamis”, “Artyomsol” “Extra” markalı duzlardır.”,- Hüseynov bildirib.

AİB-in sədrinin sözlərinə görə, saxta duzun istehsalı, idxalı və satışı gömrük, sanitar və güc orqanlarının gözü qarşısında baş verir. Saxta təhlükəli duzların təxminən 80 faizi ölkəyə idxal olunur, 20 faizi isə ölkə daxilində istehsal olunur:

“Ukraynanın “Artyomsol” mal nişanı ilə qablaşdırılmış, yodsuz duzların topdan satış şəbəkəsi iki ay öncə Şəmkir rayonunda ifşa edilsə də, hələ də Gəncə bölgəsində satışı qadağan olunmuş bu duzların istehsalı və satışı davam edir. “Artyomsol” da bazarı təmizləmək üçün maraq göstərmir. Biganə qalırlarsa, deməli maraqları var. Biz bunu hələ ifşa edə bilməmişik”.

Hüseynov bildirib ki, aparılan çoxsaylı işlər nəticəsində yodlu duzdan istifadə 25%-dən 80 %-ə yüksəlib: “Bizim məqsədimiz 100%-ə nail olmaqdır. Masazır Duz Zavodu tikilməsəydi, bu problem həll edilməzdi”.

Hüseynov qeyd edib ki, təmizlənməmiş duzlar əsasən pendir, turşu istehsalı sexlərində və çörək zavodlarında istifadə olunur.

Mətbuat konfransının sonunda Azad İstehlakçılar Birliyi əhaliyə müraciət edərək yodsuz, su ilə qarışdırıldıqda çöküntü verən, suyun rəngini bulanıq edən duzları almamağa çağırıb.

Qeyd edək ki, 2001-ci ildə “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilmiş, qanunun 8.3-cü maddəsinə görə, yodladırılmamış duzun qida və yem məqsədilə istehsalı, satışı və idxalı qadağandır.

Mütəxəssislər Masazır Duz Zavodunun tam təmizlənmiş və yodlaşdırılmış “Azərduz” və “Bizimduz” markalı duzlarını almağı tövsiyə edirlər.