Azadlıq Radiosunun əməkdaşı döyüldü

azadliq-radiosunun-emekdasi-doyuldu
Oxunma sayı: 1250


“Sakinlər mənə şikayət etdilər ki, restoranlar su xətlərinə qanunsuz müdaxilə edir və buna görə də kəndlərə su getmir. Çəkiliş xahiş etdilər. Bu şikayət əsasında mən Buynuz kəndinə çəkilişə getdim. Çəkiliş apardığım obyekt Qəbələnin Tikanlı kəndindən olan Fazil Şəfiyevə məxsusdur. Çəkiliş zamanı onun oğlu və işçisi məni vurdular, söyüb təhqir etdilər. Onlar kameramı alıb qırandan sonra özümə qaytardılar. Məsələ barədə 102 xidmətinə və İsmayıllı Rayon Polis Şöbəsinə müraciət etmişəm”.

İsmayıllı Rayon Polis Şöbəsindən 102 xidmətinə məlumat daxil olduğunu AzadlıqRadiosuna təsdiqlədilər. Elçin İsmayıl hazırda İR polis şöbəsindədir, ona faktla bağlı araşdırma aparılacağı vəd edilib.

AzadlıqRadiosu xatırladır ki,  mayın 16-da  da – Binəqədi rayonunundakı “DSK-3” metaltökmə zavodununda çəkiliş zamanı, radionun müxbirinə bir qrup adam hücum edərək ona fiziki təzyiq göstərib, jurnalistin kamerasını və mobil telefonunu əlindən almışdılar. AzadlıqRadiosu məsələni araşdırmaq üçün Daxili işlər nazir Ramil Usubova müraciət etmişdi.