Azadlıq Radiosunun saytı yeni görkəmdə

azadliq-radiosunun-sayti-yeni-gorkemde
Oxunma sayı: 634

Bununla bağlı radio açıqlama yayıb: “Bundan sonra saytımızda materialların - foto və videoların, səslərin açılması daha asan olacaq, xüsusilə radio verilişlər daha rahat dinlənəcək.

Şərhlərin yazılması və forum sistemi də dəyişir. İndi şərh yazmaq üçün əvvəlcədən saytda qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Bununla belə, eyni adamın müxtəlif adlarla şərhlər göndərməsini məhdudlaşdırmaq üçün forumlarda iştirak edənlərdən kod yazmaq tələb olunur.

Hər bir yenilik kimi AzadliqRadiosunun internet səhifəsinin yeni dizaynında da sözsüz ki, qüsurlardan tam sığortalana bilmərik. Ümid edirik ki, sizlərin də fəal iştirakınızla saytda meydana çıxan bütün problemləri dərhal aradan qaldıra biləcəyik. Belə problemlər və ümumiyyətlə yeni dizayn haqqında fikirlərinizi bu e-mailə göndərə bilərsiniz: [email protected]”.