Azər Tağıyev ittiham olundu

azer-tagiyev-ittiham-olundu
Oxunma sayı: 749

Bu cümlələr hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədovun Femida.az saytına daxil olmuş bəyanatında yer alıb. S.Məmmədov bildirib ki, “Vəkillik və vəkil fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə görə “İxtisas Kollegiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs” vəkil ola bilər: “Mən qanunda nəzərdə tutulan bütün prosedurları keçmişəm. Belə olan halda Qanunda nəzərdə tutulduğu kimi mən rəyasət heyəti qarşısında and içməklə vəkil fəaliyyətinə başlamalıyam. Qanunda Rəyasət Heyətinin hər hansı bir səsvermə hüququ yoxdur. Vəkillər Kollegiyasının sədri Azər Tağıyev və onun müavini çıxış edərək mənə tərcümeyi-halımın 3-cü şəxsin adından yazıldığını bildirmiş və bu səbəbdən Kollegiyaya üzv qəbul edilmədiyimi bildirmişlər.
Mən tərcümeyi-halımı yazarkən doğrudan da 3-cü şəxsin adından yazmışam ki, bu da qəbul olunmuş haldır. Belə ki, tərcümeyi-halı “Mən Məmmədov Sahib Məlik oğlu 1962-ci il dekabr ayının 15 də anadan olmuşam şəklidə deyil”, “Məmmədov Sahib Məlik oğlu 1962-ci ilin dekabr ayının 15-də anadan olmuşdur” kimi yazmışam.
Əslində, tərcümeyi-halın düzgün yazılmaması səbəb olsaydı, onlar məni gərək heç imtahanlara da buraxmayadı”