Azərbaycan böhrandan çıxdımı?

Azərbaycan böhrandan çıxdımı?
Oxunma sayı: 1200

Azərbaycan düşünülmş, praqmat və real xarici siyasət yürütməklə yanaşı, daxili siyasətdə stabillik və rifah kursunu reallaşdırır. Bütün bunlar, təbii ki, iqtisadiyyata təsirsiz keçmir.

“Qafqazinfo” xəbər verir ki, Milli.az saytı bu mövzuda rəsmi rəqəmlərə istinad edən analitik yazı hazırlayıb. Yazıda buldirilir ki, qlobal iqtisadi böhranın davam etməsi, dünya bazarlarında enerjidaşıyıcılarının qiymətlərinin hələ də ucuz səviyyədə qalması, Azərbaycanın yerləşdiyi bölgədəki geosiyasi perturbasiyaların və çalxantıların səngiməməsi - bütün bunlar istənilən ölkənin iqtisadiyyatına hədsiz dərəcədə mənfi təsir edərdi.

Lakin Azərbaycan hakimiyyəti bütün çağırışları nəzərə almaqla, təhdidləri vaxtında və əksər hallarda preventiv dəyərləndirməklə, adekvat addımlar atıb qərarlar verməklə iqtisadiyyatın inkişafına nail olub.

İnkişaf rəqəmləri ümumdaxili məhsul miqdarı və həcmi baxımından 2022-2014-ci illərlə müqayisədə geridə qalsa da, bunun çoxsaylı obyektiv və subyektiv səbəbləri var ki, onların arasında, sadəcə, bir neçəsini xatırlayaq - Qərbin Rusiyaya sanksiyalar tətbiq etməsi, Yaxın Şərqdəki vəziyyətin daha da ağırlaşması və Avropa ölkələrinin iqtisadiyyatlarında resessiya təmayüllərinin güclənməsi.

Sadalanan amillər, habelə bir sıra digər obyektiv məqamlara rəğmən, ölkə iqtisadiyyatı irəliləyişdədir.

İqtisadiyyat emosiyalar yox, rəqəmlərdir.

Biz də rəqəmlərə müraciət edək.

Təbi qaz və neft ixracı artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 205 milyon 48 min kubmetr təbii qaz ixrac olunub.

Ötən 2 ayda ixrac olunan təbii qazın dəyəri 29 milyon 428 min ABŞ dolları təşkil edib.

Leçən ilin müvafiq dövründə ölkədən 326 milyon 719 min kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri isə 39 milyon 393 min dollar olub.

Bu ilin ilk 2 ayında Azərbaycandan 217 min 283 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. Yanvar-fevral aylarında ixrac edilən neft məhsullarının dəyəri 107 milyon 7 min ABŞ dolları olub.

Qeyd edək ki, ötən ilin yanvar-fevral aylarında ölkədən 117 min 963 ton neft məhsulları ixrac olunub, həmin ixracın dəyəri isə 46 milyon 331 min dollar təşkil edib.

Beləliklə də, bu ilin ötən iki ayında Azərbaycandan ixrac edilən neft məhsullarının həcmi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyədək artıb.

Elektrik enerjisi ixracı yüksəlib

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 398 milyon 840 min kilovat/saat elektrik enerjisi ixrac edilib.

Ötən 2 ayda ixrac olunan elektrik enerjisinin dəyəri 20 milyon 290 min ABŞ dolları təşkil edib.

Ötən ilin ilk 2 ayında isə ölkədən 74 milyon 816 min kilovat/saat elektrik enerjisi ixrac edilib, ixracın dəyəri 3 milyon 437 min dollar olub.

Beləliklə də, cari ilin yanvar-fevral aylarında Azərbaycandan elektrik enerjisi ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 5 dəfədən çox artıb.

Ticarət əməliyyatları genişlənib

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 3 milyard 661 milyon 979 min ABŞ dolları olub.

Ötən iki ayda ticarət əməliyyatlarının ümumi həcminin 1 milyard 451 milyon 527 min ABŞ dolları idxalın, 2 milyard 210 milyon 451 min ABŞ dolları isə ixracın payına düşüb.

Meyvə-tərəvəzimizi daha çox alırlar

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 58 milyon 418,59 min ABŞ dolları dəyərində 57 273,12 ton meyvə-tərəvəz ixrac edib.
Bu göstərici həcm baxımından 2017-ci ilin iki ayı ilə müqayisədə 19 201,09 ton, məbləğ baxımından illik nisbətdə 19 milyon 697,32 min dollar çoxdur.

Xatırladaq ki, 2017-ci ilin yanvar-fevral aylarında Azərbaycandan xarici ölkələrə 38 milyon 718,27 min dollar dəyərində 38 072,03 ton meyvə-tərəvəz ixrac edilib.

Büdcəyə pul axını böyüyüb

2018-ci ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 445 milyon 751 min manat təşkil edib.
İki ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 118 milyon 453 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 308 milyon 710 min manat, aksizlər üzrə 13 milyon 170 min manat, yol vergisi üzrə isə 5 milyon 417 min manat təşkil edib.

İpoteka kreditlərinin sayı açıqlandı

"Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

"Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun xətti ilə 21 min 751 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 979 milyon 375 min 600 manatdan çoxdur.

Bəzi ərzaq məhsulları ucuzlaşıb

2018-ci ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrünə nisbətən bəzi ərzaq məhsullarının qiymətləri ucuzlaşıb.

Bu dövr ərzində yumru düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, kələmin, yerkökünün, çuğundurun, sarımsağın, göyərtinin, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma müşahidə edilib.

Uzun düyünün, südün, qatığın, xamanın, kərə, zeytun və marqarin yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, soğanın, kartofun, çay və qəhvənin qiymətləri isə təqribən 5,8 faiz bahalaşıb.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi