Azərbaycan daha bir müsabiqəyə ev sahibliyi edəcək

azerbaycan-daha-bir-musabiqeye-ev-sahibliyi-edecek
Oxunma sayı: 645

SalamNews xəbər verir ki, bunu jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov bildirib.

Onun sözlərinə görə, bununla bağlı Həmrəylik Oyunlarının Təşkilat Komitəsi rəyini verib. Biz 2017-ci ildə bu oyunların Bakıda yüksək səviyyədə təşkili üçün yeganə sifarişçiyik. Heç bir dövllət bu oyunların sözü gedən müddətdə keçirilməsi üçün təklif göndərməyib.

Nazir deyib: "Bu ilin sentyabrında İslam Həmrəylik Oyunlarınını konfransı keçiriləcək. Biz də bu tədbirə dəvət gözləyirik. Orada bu oyunların keçirilməsi üçün səsvermə olacaq. Bu, o deməkdir ki, biz bu oyunların Bakıda keçirilməsini təşkil edəcəyik. Bizim 150-200 nəfər idamançımız bu yarışda ölkəmizi təmsil etməsi nəzərdə tutulur."