Azərbaycan futbolçuları oruc tutur

azerbaycan-futbolculari-oruc-tutur
Oxunma sayı: 666

Qol.Az-ın məlumatına görə, Day.Az radiosuna müsahibəsindı Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumatı təqdiqləyərək oruc tutmağın futbolçuların fiziki durumuna təsiri ilə bağlı sualı cavablandırıb.

Onun fikrincə, oyunçular oruc tutması onlar üçün problem yaratmayacaq. O qeyd edib ki, futbolçuların oruc tutmasına qadağa qoya bilməz: “İnsanların oruc tutmasına heç kim qadağa qoya bilməz. Kim istəyirsə, bunu edə bilər. Təki onlar oruc tutsunlar. Havaların isti olması da buna əngəl törətmir və oruc tutmaq futbolçulara heç bir mənfi təsir göstəmir. Biz oruc tutan oyunçularımızın məşqdən sonra istirahət etməsinə imkan yaradırıq”.