Azərbaycan Gənclər Fondunun təqdimatı olacaq

azerbaycan-gencler-fondunun-teqdimati-olacaq
Oxunma sayı: 633

“Qafqazinfo”ya AGF-dən verilən məlumata görə, mərasim iyunun 8-də baş tutacaq və fondun loqosu, saytı, fəaliyyət istiqamətləri ictimaiyyətə təqdim olunacaq. Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəsmiləri, nazirlər, millət vəkilləri, özəl sektor təmsilçiləri, gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli, 542 saylı Fərmanı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradılıb. Fond gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edəcəkdir. O cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək Fondun əsas məqsədləridir.

Fond gənclərin, gənclər təşkilatlarının, eləcə də yerlərdə gənclər siyasətini həyata keçirən dövlət və yerli özünüidarəetmə qurumlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsindəki innovativ ideyalarını dəstəkləyəcək, dövlətin və cəmiyyətin inkişafında gənc nəslin təşəbbüskarlığını və iştirakını artıracaq, ideyaların yaradılması və idarəedilməsini stimullaşdıracaqdır.