AÇ-2018-ə hazırlığı davam etdirən futzal üzrə Azərbaycan yığması yoxlama oyununda qüvvəsini sınayıb.
“Qafqazinfo” xəbər verir ki, Joze Alesionun yetirmələri İran yığmasını sınağa çəkib.
Bakı İdman Sarayında keçirilən qarşılaşmada 6 qol qeydə alınıb. Hərəyə 3 dəfə fərqlənən komandalar meydandan bərabərliklə ayrılıblar.
Qeyd edək ki, millimiz cənub qonşularımızla sabah bir daha qarşılaşacaq.
23 yanvar
Azərbaycan – İran 3:3
Qollar: İ.Atayev, 17, Vassura, 34, 35 - M.Aliqadr, 8, H.Tayebi, 20, M.Cavid, 35.