Azərbaycan macar başqanı təltif etdi

azerbaycan-macar-basqani-teltif-etdi
Oxunma sayı: 651


“Qafqazinfo” xəbər verir ki,  “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı, Beynəlxalq Avrasiya Mətbuat Fondu, ATXƏM və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə Azərbaycanda səfərdə olan Macar Turan Fondunun nümayəndələri, tanınmış macar aydınları, sənətçi və media mənsublarından ibarət nümayəndə heyətinin iştirakı ilə “Azərbaycan - Macarıstan əlaqələrinin inkişafında və qardaş xalqlarımızın əməkdaşlığının genişlənməsində QHT-lərin yeri və rolu” mövzusunda “Dəyirmi Masa” keçirilib. 

Tədbirdə həmçinin BAMF sədri Umud Rəhimoğlu, ATXƏM başqanı İlham İsmayılov, Milli QHT Forumun prezidenti Rauf Zeyni, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, tanınmış sənətçi Şəmistan Əlizamanlı, “Türküstan qəzeti”nin baş redaktoru Aqil Camal, ictimai fəal Samir Turan və başqa şəxslər çıxış ediblər.

Tədbirin sonunda qonaqlara Azərbaycan həqiqətlərini əks etdirən nəşrlər və hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkdirilib. Nümayəndə heyətinin başqanı A.Biro isə iki qardaş ölkə arasında ictimai-mədəni işbirliyinə verdiyi töhfələrə görə xüsusi plaketlə təltif edilib.

Qeyd edək ki, macarların respublikamıza səfəri 13 iyunda başa çatır. Səfərin son günü qonaqlar macar mədəniyyət örnəklərini və milli sənətlərini nümayiş etdirəcəklər.