Azərbaycan məhkəmələrində Avropa Məhkəməsinin presidenti

azerbaycan-mehkemelerinde-avropa-mehkemesinin-presidenti
Oxunma sayı: 647

Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, millət vəkili Əli Hüseynli deyib. "Bunu tətbiq etməklə milli qanunvericilikdə mövcud olan bəzi boşluqları, ziddiyyətləri də aradan qaldırmış olurlar. Hakim tərəfindən Avropa Konvensiyası və Avropa Məhkəməsinin president hüququ düzgün tətbiq olunubsa, eyni zamanda digər beynəlxalq mexanizmlərə müraciət etməyə ehtiyac qalmır. Problem milli məhkəmə səviyyəsində həllini tapmış olur" Hüseynli deyib.

Onun sözlərinə görə, belə olanda, Avropa insan haqqları Məhkəməsinə gedən şikayətlərin də sayı azalməş olur, çünki problem milli məhkəmə səviyyəsində həll edilmiş olur. "Regionları təmsil edən məhkəmələrin hakimləri də bu təcrübədən bəhrələnməli, Avropa konvensiyasını tətbiq etməlidir" Hüseynli deyib.