Azərbaycan nefti cüzi bahalaşdı

azerbaycan-nefti-cuzi-bahalasdi
Oxunma sayı: 2867

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 73,42 dollar/barel təşkil edib.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bu da əvvəlki göstəricidən 0,23 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında isə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 9-da 72,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,2 dollar/barel bahadır.