Azərbaycan nömrəli maşın Türkiyədə qəzaya düşdü - 5 yaralı

azerbaycan-nomreli-masin-turkiyede-qezaya-dusdu
Oxunma sayı: 2420

Türkiyənin Diyarbakır şəhərinin Bismil rayonunda "Kia" markalı minik avtomobili yolda təmir işləri aparan yük maşınına çırpılıb.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Minik avtomobilinin üzərində Azərbaycan nömrəsi olub. 90-KF-424 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün kimliyi barədə məlumat yoxdur.

Yaralılar Bismil xəstəxanasına yerləşdirilib.