Azərbaycan oftalmoloqları mötəbər tədbirdə

azerbaycan-oftalmoloqlari-moteber-tedbirde
Oxunma sayı: 1304

Dünyanın bir çox tanınmış həkimlərinin qatıldığı beynəlxalq tədbirdə Azərbaycan oftalmoloqları da iştirak edir.

"Qafqazinfo" xəbər verir ki, bu gün Barselonada məşhur "Alcon" şirkəti tərəfindən dünyada oftalmologiya sahəsi üzrə ixtisaslaşmış ən peşəkar həkimlərin iştirakı ilə tədbir düzənlənib. Tədbirdə oftalmologiya sahəsindəki ən son texnoloji yeniliklər barədə məlumatlar verilib, slayd nümayiş olunub. Azərbaycandan gələn nümayəndə heyətinin çıxışları, keçirtdikləri cərrahi əməliyyatlar barədə fikir mübadiləsi böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Barselonada təşkil olunan bu mötəbər tədbirdə Azərbaycan oftalmologiyasını bu sahənin mahir həkim-cərrahları - Dr. Müşfiq Kərimov, Dr. Fərəh Abdullayeva, Dr. Aytən Sultanova və Dr. Leyla Qəhrəmanova təmsil edir.

Tədbir 3 gün davam edəcək.