Azərbaycan prezidenti iqtisadçıları təltif etdi - Siyahı

azerbaycan-prezidenti-iqtisadcilari-teltif-etdi
Oxunma sayı: 3634

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər.

Hüseynov Tofiq Həsən oğlu

Muradov Allahyar Niyaz oğlu.

Həmçinin, dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.

Əliyev Tərbiz Nəsib oğlu
İmanov Nazim Müzəffər oğlu
Musayev Akif Fərhad oğlu
Sultanova Rəna Polad qızı
Yüzbaşıyeva Gülşən Zahid qızı.