Azərbaycan-Rusiya İşgüzar Şurası ixracatçılarla görüş keçirib

azerbaycan-rusiya-isguzar-surasi-ixracatcilarla-gorus-kecirib
Oxunma sayı: 2095

Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti iclası keçirilib. Tədbirdə  qida, kənd təsərrüfatı, sənaye, tikinti, logistika və digər sahələrdə  fəaliyyət göstərən 40-a yaxın sahibkar və şirkət təmsilçisi iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan-Rusiya İşguzar Şurasının sədri Səməd Qurbanov  çıxış edərək bildirib ki, bu iclas cari ilin  27 sentyabr tarixində keçirilmiş IX Azərbaycan-Rusiya Regionlararası Forumu və Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclasının davamı olaraq keçirilib. Bildirilib ki, Azərbaycan-Rusiya İşgüzar Şurasının ixracatçılarla bu görüşü hər iki ölkə iş adamları  arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin Azərbaycan məhsullarının Rusiya bazarına çıxarılması ilə bağlı sahibkarların müraciət və təkliflərini nəzərə alaraq təşkil olunub.

Sonda  sahibkarların  çıxışları dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.