Azərbaycan Universitetində türkiyəli ifaçı ilə görüş - Fotolar

azerbaycan-universitetinde-turkiyeli-ifaci-ile-gorus
Oxunma sayı: 1358

Azərbaycan Universitetində türkiyəli müğənni, Türk Sənət Musiqisi ifaçısı, “Nevasel” Türk Musiqi Cəmiyyətinin bədii rəhbəri və solisti Aylin Şengün Taşçı ilə görüş olub. Görüşdə universitetin professor - müəllim heyəti və tələbələri iştirak edib. 

“Qafqazinfo” xəbər verir ki, Bakıya ilk səfərini 20 yanvar hadisələrindən dərhal sonra etdiyini bildirən qonaq 1990-cı ilin Bakısı ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Aylin Şengün Taşçı o dövrdə jurnalist fəaliyyəti ilə məşğul olduğunu və Azərbaycanın haqq səsini mətbuat vasitəsilə Türkiyəyə və dünyaya çatdırdığını qeyd edib. Qonaq aradan keçən illər ərzində Azərbaycanın hərtərəfli inkişafının canlı şahidi olduğunu və ölkəmizin əldə etdiyi uğurları böyük fəxarətlə izlədiyini bildirib. 

Azərbaycan musiqisini sevdiyini və repertuarına daxil etdiyini bildirən Aylin Şengün Taşçı “Çırpınrdın Qara dəniz” və “Nazəndə sevgilim” mahnılarını canlı ifa edib. 

Qeyd edək ki,  klassik türk musiqisinin sevilən nümayəndələrindən olan Aylin Şengün Taşçı rəhbərlik etdiyi musiqi cəmiyyətinin 50-yə yaxın üzvü ilə birlikdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Respublika Gününə həsr olunmuş konsert proqramı ilə çıxış etmək üçün ölkəmizə gəlib. Proqram bu axşam saat 19.00-da başlayacaq.