Azərbaycan və Argentina deputatları dostlaşır

azerbaycan-ve-argentina-deputatlari-dostlasir
Oxunma sayı: 642

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Dostluq Qrupunun yaradılmasına dair qətnaməni Deputatlar Palatasının sədri Eduardo Alfredo Fellner imzalayıb.

Tərkibi 6 nəfərdən ibarət olan bu dostluq qrupunun sədri parlamentdə “Peronismo Federal” siyasi blokunun üzvü Roberto Mario Mouilleron-dur.

Azərbaycan-Argentina Dostluq Qrupu iki ölkə arasında parlamentlərarası əməkdaşlığın inkişafı, ümümilikdə iki ölkənin yaxınlaşması istiqamətində fəaliyyət göstərəcəkdir.

Fatimə Kərimli