Azərbaycan yollarına sərmayə qoyulur

azerbaycan-yollarina-sermaye-qoyulur
Oxunma sayı: 636

AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bu məqsəd AİB-in geniş ictimaiyyət üçün açıqladığı Davamlı Nəqliyyat Təşəbbüsü (DNT) üzrə Əməliyyat Planında hədəf olaraq qoyulub. DNT Asiya və Sakit Okean ölkələrində təhlükəsiz, ekoloji cəhətdən təmiz, əlverişli nəqliyyat sisteminin yaradılmasını dəstəkləyir.

Yollar üçün ayrılan kreditlər tədricən davamlılığın təkmilləşdirilməsi üçün vacib olan məsələlər üzərində cəmləşəcək. Əhəmiyyətli dəyişikliklərdən biri də o olacaq ki, 2020-ci ilə qədər yollar üçün ayrılan kreditlər aparılan əməliyyatların geniş hissəsi kimi qalsa da, digər nəqliyyat sektorları üçün daha çox vəsait ayrılacaq. DNT-yə uyğun olaraq, AİB hər il Asiya və Sakit Okean regionunda nəqliyyat sektoruna 3-4 milyard ABŞ dolları həcmində sərmayə qoyacaq.

Davamlı nəqliyyat sektoruna geniş dəstək vermək üçün AİB 4 istiqamət müəyyən edib: şəhər nəqliyyatı, nəqliyyat sektorunda ətraf mühitin qorunması, transsərhəd nəqliyyat və loqistika məsələləri, yol təhlükəsizliyi və sosial davamlılıq.

Nigar Məmmədli