Azərbaycanda 23 əcnəbi saxlanıldı

azerbaycanda-23-ecnebi-saxlanildi
Oxunma sayı: 1011

Son 3 gün ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 14-ü Pakistan, 7-si Türkiyə  və 2-si Nigeriya vətəndaşı olmaqla, ümumilikdə 23 əcnəbi saxlanılıb.

Xidmətdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, saxlanılmış Pakistan vətəndaşlarından 10 nəfərin ölkəmizin ərazisində qanunsuz əmək fəaliyyəti ilə məşğul olduğu məlum olub.  

Türkiyə, Nigeriya və qalan 4 nəfər Pakistan vətəndaşlarının isə ölkədə miqrasiya (olma və yaşama) qaydalarını pozduqları müəyyən edilib. 

Saxlanılmış əcnəbilər müvafiq qaydada məsuliyyətə cəlb olunb və barələrində qərarlar qəbul edilib.