Azərbaycanda 400-ə yaxın məhkum vərəm əleyhinə müalicəyə cəlb olunub

azerbaycanda-400-e-yaxin-mehkum-verem-eleyhine-mualiceye-celb-olunub
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Rəfail Mehdiyev deyib. Onun sözlərinə görə, artıq 200-ə yaxın məhkumun müalicəsinin yekunu ümumiləşdirilib: “200 nəfərin müalicəsinin effektliliyi 75 faizə yaxındır. II sıra vərəm əleyhinə dərmanların effektliliyi 50-60 faiz olduqda, artıq bu, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət qəbul olunur”.

R. Mehdiyev onu da bildirib ki, hazırda cəzaçəkmə müəssisələrində vərəmlə mübarizə sahəsində önəmli layihələr həyata keçirilir. Bu layihələr əsasında cəzaçəkmə müəssisələrində həm I sıra, həm II sıra vərəm əleyhinə dərmanlarla müalicə təmin olunur.

Nigar Məmmədli