Azərbaycanda 6 bal gücündə zəlzələ oldu - Rəsmi açıqlama +Yenilənib

azerbaycanda-6-bal-gucunde-zelzele-oldu
Oxunma sayı: 23771

Bu dəqiqələrdə Azərbaycanda zəlzələ baş verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri də yazıblar. Yeraltı təkanlar bir neçə saniyə davam edib. 

Zəlzələni Bakı, Sumqayıt şəhərlərinin, həmçinin bəzi rayonların sakinləri hiss ediblər. 

Təbii fəlakətlə bağlı hələ ki, rəsmi məlumat yoxdur. Zəlzələnin təqribən 4 bal gücündə olduğu ehtimal edilir. 

***

Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.