Azərbaycanda 9 min qız 15 yaşına çatmamış ailə qurub

azerbaycanda-9-min-qiz-15-yasina-catmamis-aile-qurub
Oxunma sayı: 642

SalamNews-un verdiyi xəbərə görə, bu barədə BMT-nin Uşaq Fondunun (YUNİSEF) Azərbaycandakı nümayəndəsi Mark Herevard Beynəlxalq “Qızlar günü”nə həsr olunmuş çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda 22-29 yaş arasında olan qızların üçdə bir hissəsi 18 yaşına çatmadan ailə qurublar. Azərbaycanda isə bu rəqəm 12 faiz təşkil edir.

Mark Herevard söyləyib ki, erkən nigahların təkcə uşaqlar deyil, həmçinin, analar üçün də təhlükə daşıyır. Erkən nigahların digər bir mənfi cəhəti isə, təhsil səviyyəsinin aşağı düşməsindədir. Erkən nigahlara həm şəhər, həm də kənd yerlərində, əhalinin həm imkanlı, həm də imkansız təbəsində rast gəlmək olur.