Azərbaycanda Ay tutulması - Bu dəfə fərqli oldu + Fotolar

azerbaycanda-ay-tutulmasi
Oxunma sayı: 1563

Bu gün cari ilin ikinci Ay tutulması baş verib. 

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, proses ölkəmizdə də müşahidə edilib.

Budəfəki ay tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır. Bu hadisə “qanlı Ay” kimi tanınır.

Qeyd edək ki, 2017-ci ildə ilk Ay tutulması fevralın 11-də baş verib.