Azərbaycanda beynəlxalq idman yarışı başlayır – Müsahibə

azerbaycanda-beynelxalq-idman-yarisi-baslayir-musahibe
Oxunma sayı: 659


- Bu yarış nə vaxt keçiriləcək və idmanımıza nə kimi xeyir verəcək?

- İdmanın dırmanma növü üzrə dünya kuboku bu il, iyunun 22 - si və 23-də keçiriləcək. Bu cür yarışların ölkəmizdə keçirilməsi idmanımıza, ələxsus da ki, hava və ekstremal idman növlərinin geniş yayılmasına və popyularlaşmasına xidmət edəcək. Çünki dünya kuboku kimi bir yarışı keçirmək nəinki Azərbaycanda, hətta ümumi Qafqazda baş tutacaq ilk belə mötəbər iş olacaq. Bunun üçün biz çox çalışmışıq və nəhayət bu cür turnirə ev sahibliyi edə biləcəyik. Bizim (FAİREX) olaraq əsas məqsədimiz ekstremal idman növlərini ölkəmizdə geniş şəkildə təbliğ etmək, gənclərimizdə bu cür idman növlərinə maraq oyatmaqdır. Həm də digər ölkələr bizdə hava və ekstremal idman növlərinin poyular olduğunu və geniş vüsət aldığını görəcəklər. Ümumilikdə FAİREX-in son illərdə gördüyü işlər, 2010-cu ildən etibarən Beynəlxalq İdman Dırmanması Federasiyasına(İFSC) üzv qəbul olunması bizim uğurlarimizin cəmi bir hissəsidir


- Bunun əlaqədar Bakıya bir sıra beynəlxalq federasiyaların rəsmiləri təşrif buyurblar. Onlar Bakının ev sahibliyi barədə nə düşünürlər?

- İdman Dırmanma Federasiyasının Avropa Komitəsinin prezidenti Volfanq Vebellə FAİREX-in Bakıda görüşü olub . Vebel Bakıda keçiriləcək dünya kuboku ilə bağlı gedən işlərlə maraqlnadı. Cənab Vebel görülən işlərdən razılığını bildirdi və bu kubokun Bakıda qüsursuz keçiriləcəyinə heç bir şübhəsi olmadığını dilə gətirdi. Bundan əlavə Vebel bizə , İdmanın dırmanma növünün Azərbaycanda ilk dəfə olaraq keçiriləcək I Avropa Olimpiya oyunlarının proqramına daxil etməyi təklif etdi.

- İdmanın dırmanma növü üzrə dünya kuboku paytaxtın hansı hissəsində keçiriləcək?

- Biz bunun üçün artıq xüsusi bir məkan seçmişik. Məkan olaraq Bakının “Bayraq Meydanı”na yaxın bir yer seçilib. Artıq xüsusi divarların quraşdırılması prosesi gedir. Yaxın günlərdə dünya kubokunun keçiriləcəyi məkan tam hazır vəziyyətə gələcək. Bu istiqamətdə demək olar ki, son tamamalama işləri gedir. Belə ki, Beynəlxalq İdman Dırmanması Federasiyasının tələb və şərtlərinə uyğun olaraq yeni inşa olunmuş “Climbaku” İdman Dırmanması Mərkəzi və Federasiyanın idman qurğuları yaxın günlərdə istifadəyə veriləcək

- Bəs yarışda neçə ölkənin iştirakı gözlənilir?

- Əsasən belə yarışlarda minimum 80 -ə yaxın ölkə qeydiyyatdan keçir. Bakıda təşkil olunacaq dünya kubokunda da minimum bu sayda ölkənin iştirak edəcəyini gözləyirik. Ancaq dəqiq olaraq hər ölkədən neçə idmançının bu yarışa qatılacağını deyə bilmərik. Çünki dünya kubokunun başlamasına bir qədər vaxt var və ölkələr də yavaş-yavaş öz müraciətlərini edirlər.

İqbal