Azərbaycanda istehlak qiymətləri 0,25 faiz artıb- Statistika

azerbaycanda-istehlak-qiymetleri-025-faiz-artib-statistika-
Oxunma sayı: 683

İyun ayına nisbətdə iyul ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 0,37 faiz, regionlarda 0,13 faiz artıb. O cümlədən ərzaq məhsulları Bakıda 0,56 faiz, regionlarda 0,11 faiz, müvafiq olaraq qeyri-ərzaq məhsulları 0,07 və 0,05 faiz, xidmətlər isə 0,24 və 0,31 faiz bahalaşıb. İyul ayı ərzində ən çox şəkər tozu (8,44 faiz), makaronlar (7,32 faiz), sümüksüz mal əti (tikə) (5,75 faiz), kərə yağı (4,06 faiz), 585 əyarlı qızıl üzük (6,52) bahalaşıb. Ümumi qiymət artımına baxmayaraq, bəzi məhsul və xidmətlərdə ucuzlaşma qeydə alınıb. Məsələn, qarpız 55,31 faiz, şaftalı 32,07 faiz, banan 12,24 faiz, parket üçün lak 11, 80 faiz, qadınlar üçün saç kəsimi 1,46 faiz və sair.
Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 15,54 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 19,34 faiz, regionlarda isə 11,80 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında(26,39 faiz) olub. Qeyri-ərzaq məhsullarında artım 3,81 faiz, xidmətlərdə isə 3,96 faiz təşkil edib.

2011-ci ilin 7 ayında ölkədə istehlak qiymətləri 5,49 faiz, o cümlədən ərzaq məhsulları 8,44 faiz, qeyri-ərzaq məhsulları 1,52 faiz, xidmətlər isə 2,79 faiz yüksəlib.