Azərbaycanda klublar fasiləyə yollanacaq

azerbaycanda-klublar-fasileye-yollanacaq
Oxunma sayı: 989

Bu gün Azərbaycan Premyer Liqasında birinci dövrəyə yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, ilin son turununun bütün görüşləri eyni gündə keçiriləcək.

Günün ilk matçında çempionatın debütantı “Sabah” autsayder “Keşlə”ni qəbul edəcək.

Son çempion “Qarabağ” heç vaxt məğlub olmadığı “Zirə”nin qonağı olacaq.

“Qəbələ” səfərdə “Səbail”lə qarşılaşacaq. Lider “Neftçi” isə “Sumqayıt”ı qəbul edəcək.

Qeyd edək ki, bu turun oyunlardan sonra Topaz Premyer Liqasında iki aylıq qış fasiləsi yaranacaq.

16:00 “Sabah” - “Keşlə”

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Alik Yunusov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Namiq Məstanov

“Əlincə Arena”

17:00  “Zirə” - “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

“Dalğa Arena”

17:30  “Səbail” - “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Səbuhi Bayramov

Hakim-inspektor: Kərim Ağayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Bayıl Arena”

19:30  “Neftçi” - “Sumqayıt”

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cavanşir Yusifov, Ziya Nəsirov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

“Bakcell Arena”