Azərbaycanda prodüsser həbs edildi

azerbaycanda-produsser-hebs-edildi
Oxunma sayı: 676

Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, o, vətəndaşın etimadını qazanaraq pulunu mənimsəyib.
Şirkət rəhbəri olan Emin Tofiq oğlu Mansurovu Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları sentyabrın 7-də qandallayıblar. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.

İşin istintaqını aparan müstəntiq Cavid Məmmədov Milli.Az-a açıqlamasında bildirdi ki, E.Mansurov bir qadının etimadını qazanaraq işə düzəltmə adı ilə 6000 manat pulunu alıb və verdiyi vədə əməl etməyib.

Qeyd edək ki, Emin Mansurov “MM production”ın rəhbəridir.